...

Sığorta pulu üçün əlini kəsdirdi

Maraqlı Materials 26 Fevral 2012 13:42 (UTC +04:00)
ABŞ-da üç dost sığortadan pul əldə etmək üçün ağlasığmaz yola əl atıblar.
Sığorta pulu üçün əlini kəsdirdi

Azərbaycan, Bakı, 26 fevral /Trend/

ABŞ-da üç dost sığortadan pul əldə etmək üçün ağlasığmaz yola əl atıblar.

ABŞ-da, Şimali Karolinada yaşayan Gerald Hardin və dostu 2008-ci ildə sığortadan pul almaq qüçün başqa bir dostlarının əlini mişarla kəsiblər. Əli kəsilən, hadisənin baş verdiyi evin sahibi "qəza oldu" deyə sığorta şirkətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

Bu hadisədən sonra 671 min dollar təzminat alan 3 dost pulu aralarında bölüşüblər. Amma Hardin qurduqları bu işi başqa bir tanışına danışdıqdan sonra sirrin üstü açılıb. FTB yaxını tərəfindən ifşa edilən Hardini, əli kəsilən və bu işə yardım edən şəxsi fırıldaqçılıqda günahlandıraraq həbs edib. Fırıldaqçıların 20 ilədək həbs cəzası alacaqları bildirilir.

Bu arada, əli kəsilən şəxsin xəstəxanada əlinin yenidən birləşdirilməsinin qeyri-mümkün olduğu da bildirilib.

Xəbər lenti

Xəbər lenti