...

Bir piramida 5 milyard dollara başa gəlir

Maraqlı Materials 26 Fevral 2012 16:42 (UTC +04:00)
ABŞ-dakı "lifeslittlemysteries.com" bloqu müasir dövrdə Misirdəki kimi bir piramidanın inşasının mümkün olub-olmadığını araşdırıb.
Bir piramida 5 milyard dollara başa gəlir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

ABŞ-dakı "lifeslittlemysteries.com" bloqu müasir dövrdə Misirdəki kimi bir piramidanın inşasının mümkün olub-olmadığını araşdırıb.

Trend-in məlumatına görə, fransız memar Jan-Pyer Houdin müasir piramida inşa etmək üçün münasib yol tapdığını bildirib. Bu barədə bloqa məlumat verən memarın fikrincə, müasir piramidanı binanın içindən çölünə doğru ucalan spiralvari pandus vasitəsilə həyata keçirmək mümkündür.

Memarın nəzəriyyəsinə görə, Misirdəki piramidalar da bu şəkildə inşa edilib. Belə ki, əvvəlcə piramidanın 2/3-si bayırda qurulan bir rampa ilə tamamlanıb. Daha sonra piramidanın içərisinə daxil olan fəhlələr işin son hissəsini içəridə qurduqları spiralvari rampa ilə tamamlayırlar. İşçilər piramidanın son hissəsi üçün də bayırda qurduqları rampanın materiallarından istifadə edirlər.

Houdin bu yolla tikiləcək piramidanın tikintisinin 5 milyard dollara başa gələcəyini, 1500 və ya 2000 fəhlə ilə 5 ilə tamamlanacağını da bildirib.

Xatırladaq ki, Misirdəki Heops piramidasının eni 146,5, hündürlüyü isə 230 metrdir. Bu piramida 20 ilə tikilib.

Xəbər lenti

Xəbər lenti