...

Badam arıqlamaq istəyənlər üçün ən yaxşı seçimdir

Maraqlı Materials 9 Aprel 2012 13:54 (UTC +04:00)
Artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə dəyər. Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir.
Badam arıqlamaq istəyənlər üçün ən yaxşı seçimdir

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir X.Murtuzayeva/

Artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə dəyər. Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının göstəricisidir. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" xəbər verir.

Badam şəkərin və insulinin stabil və yavaş artımını təmin edir ki, bu da insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insanı həddindən artıq qidalanmadan xilas edə bilər. Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.

ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meytsin apardığı təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalır, onların qanında şəkərin miqdarı səhər yeməyi və naharda aşağı qlikemik indeksə malik məhsullardan istifadə edənlərə nisbətən az olur.

Yeri gəlmişkən, alimlər qeyd edirlər ki, bu, kalorini hesablamağı unutmaq demək deyil. Həqiqətən də badam orqanizmi aldatmağa kömək edəcək və nəticədə insan orqanizmi doymaq üçün daha kiçik həcmdə qida tələb edəcək.

Xəbər lenti

Xəbər lenti