...

Yaponlar ürəyi əvəz edəcək mini nasos əldə ediblər

Maraqlı Materials 14 May 2012 15:50 (UTC +04:00)
Yaponiyanın Toxoku Universitetinin alimləri naqilsiz mexaniki ürək nasosu hazırlayıblar. Bu, süni ürəyin yaradılmasına doğru daha bir addımdır.
Yaponlar ürəyi əvəz edəcək mini nasos əldə ediblər

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir X.Murtuzayeva/

Yaponiyanın Toxoku Universitetinin alimləri naqilsiz mexaniki ürək nasosu hazırlayıblar. Bu, süni ürəyin yaradılmasına doğru daha bir addımdır. Bu barədə Trend "Xinhua" agentliyinə istinadən məlumat verir.

Rəsmi hesabata görə, yapon alimlərin ixtirasının ölçüsü təxminən batareya həcmindədir. Nasos silindrik maqniti fırladaraq parametrlər üzrə əsl ürəyin ritminə uyğun, yəni dəqiqədə beş litrdən artıq qan vurmağa qadirdir.

Nasosu sadəcə maqnit sahəsi yaratmaq üçün bədəndən kənar müstəqil qurğudan istifadə edərək idarə etmək olar. Qeyd edək ki, ənənəvi mexaniki nasos sistemi daha böyük ölçüdə olması ilə fərqlənir. Bu da onun bədəndə yerləşdirilməsinə imkan vermir. Həm də onları pasiyentin dərisi vasitəsilə keçən qida mənbəyinə naqillə birləşdirmək lazımdır.

Yeni mini nasos yalnız yığcamlığı ilə deyil, həm də strukturunun sadə olması ilə öyünə bilər. Professor Kazusi İsiyama bildirir ki, əgər o, süni ürəyin yaradılmasının əsasını təşkil edərsə, o zaman belə qurğuların qiyməti əhəmiyyətli dərəcədə azalacaq.

Xəbər lenti

Xəbər lenti