...

Çində görünməmiş ixtira

Maraqlı Materials 4 Sentyabr 2012 14:52 (UTC +04:00)
Çin alimləri insan amili olamadan, yalnız düşüncə gücü ilə uçmağın əmr edildiyi uçuş cihazı ixtira ediblər.
Çində görünməmiş ixtira

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Çin alimləri insan amili olamadan, yalnız düşüncə gücü ilə uçmağın əmr edildiyi uçuş cihazı ixtira ediblər. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

"Zejiang" Universitetinin alimlərinin kəşf etdikləri bu cihaz hələlik yalnız əlillər üçün nəzərdə tutulub. Ancaq ondan gələcəkdə hərbi sahədə də istifadə edilə biləcəyi vəd edilir.

"Flybuddy-2" adlı uçuş sisteminin idarə edilməsi üçün bir noutbuk, "Bluetooth" əlaqəsi olan bir EEG başlıq və kompüterə qoşulmuş "Parrot AR" uçuş cihazı kifayət edir. Kompüter "Bluetooth" vasitəsilə beyindən gələn EEG siqnallarını qəbul edir və bunları WiFi sistemi vasitəsilə cihazı idarə edən əmrlərə çevirir. Məsələn, beynin "sol tərəfi" düşününcə cihaz qalxıb enir, "yüngül sol" düşünüldüyü zaman saat əqrəbi istiqamətində, "sağ" düşünülərkən isə irəliyə doğru istiqamətdə hərəkət edir.

Cihaz gözqırpma hərəkəti ilə də üzərindəki kamera vasitəsilə ətrafdakı görüntülərin fotoşəkilini çəkir.

Xəbər lenti

Xəbər lenti