Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Meksikada uzunluğu 1,5 km olan tort hazırlanıb. Trend-in məlumatına görə, bu haqda Türkiyə mətbuatı xəbər verib.
Tortun bişirilməsi üçün 3 ton kərə yağı, 5 ton un və 38,600 yumurta istifadə edilib.
Məlumatda o da bildirilir ki, tortun ümumi çəkisi 10 ton olub.