...

Hamımız ağıllı olaq, yaxud səhvləri təkrarlamayaq...

Maraqlı Materials 17 Yanvar 2013 16:35 (UTC +04:00)
Hamı səhv edir. Bu, subut tələb etməyən aksiomadır. Ağıllılar da, bir o qədər ağıllı olmayanlar da səhv edirlər. Lakin burada fərq yalnız ondan ibarətdir ki, ağıllı adamlar yalnız bir dəfə səhv edirlər və öz səhvlərini bir daha təkrar etmirlər.
Hamımız ağıllı olaq, yaxud səhvləri təkrarlamayaq...

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Hamı səhv edir. Bu, subut tələb etməyən aksiomadır. Ağıllılar da, bir o qədər ağıllı olmayanlar da səhv edirlər. Lakin burada fərq yalnız ondan ibarətdir ki, ağıllı adamlar yalnız bir dəfə səhv edirlər və öz səhvlərini bir daha təkrar etmirlər. Amma budur, bir o qədər ağıllı olmayanlar, lap elə deyək ki, səfehlər öz səhvlərini az qala qibtə oyadan müntəzəmliklə təkrarlayırlar və çox güman ki, məhz elə buna görə də onların həyatı kənd dram teatrına bənzəyir. Yəni emosiyalar və hisslər həddini aşır, səhnə gərginlikdən titrəyir, uğur və pul isə əvvəlki kimi yenə də yoxdur. Lakin yeganə sevindirici məsələ daim dayanmağın mümkün olması və öz səhvlərini təkrarlamamaqdır. Həm də deyirlər ki, eyni səhvi iki dəfə təkrar etmək olmaz. Çünki ikinci dəfə bu, artıq səhv deyil, seçimdir.

Gəlin, aşağıdakı səhvlərə nəzər salaq, onlara yol verməməyə çalışaq.

1. "Bəxtəbəxt" işə düzəlmək

İşəgötürənin sözünə inanmaq, əmək müqaviləsini imzalamamaq, vəzifə təlimatını oxumamaq. Bundan sonra ofisin "tutqun", əməkhaqqının "qara", onun məbləğinin isə vəd ediləndən üç dəfə az olduğuna təəccüblənmək lazım deyil.

2. Evli kişiyə vurulmaq və onun sözlərinə inanmaq

Bəzən hətta ən ədəbli, əxlaqlı və yaxşı tərbiyəli qızlar da evli kişilərə aşiq olurlar. Sevgi hissdir, hisslər isə məlum olduğu kimi, nəzarətə təslim olmurlar. Amma sevimli kişinin hərəkətləri nəzarətə təslim olur. Bu səbəbdən, əgər o, arvadı ilə yaşamağa davam edirsə və sizə xəyali sevgi etiraf edirsə, onda ayılın. Bütün evli kişilər daim eyni sözləri deyirlər ("Sən mənim səadətimsən", "Sən mənim nəfəsimsən", "Mən səni bütün həyatım boyu axtarmışam", "Mən boşanacağam və biz birlikdə olacağıq, amma mənə düşünmək üçün vaxt lazımdır" və sair və ilaxır). Əslində isə onların bu sözləri yağış zamanı gölməçədə yaranan köpüklərdən başqa bir şey deyil. Həqiqət isə birdir - ədəbli kişi heç vaxt məşuqə saxlamır, amma əgər o, həqiqətən də aşiq olursa, onda arvadından ayrılır və yeni həyat qurur.

3. Siqaret çəkməyi atmaq

Mark Tven deyirdi: "Çəkməyi atmaq əhəmiyyətsiz məsələdir! Özüm neçə dəfə atmışam!" Buna görə də əgər siz qəti olaraq "atmağa" qərar vermişsinizsə, onda bu işgəncəni iki dəfə təkrarlamaqdansa bir dəfə nikotin "lomka"sına dözmək daha yaxşıdır. İnanın ki, ikinci dəfə hər şey birinci kimi olacaq - əsəbilik, səhər yeməyində az qala bir qazan xörəyi aşırmaq və bir dəqiqə ərzində bir qutu siqareti çəkmək arzusu.

4. "Sonuncu şans" vermək üçün keçmiş ərin yanına qayıtmaq

Müdriklər hər hansı bir insanın ikinci şansa layiq olduğunu təsdiqləyirlər. Çünki hər kəs səhv etmək "hüququna malikdir". Amma ikinci "insan qalmaq" cəhdi uğurlu olmazsa, onda "şans verməkdə" davam etmək mənasızlıqdır. Siz ona hər şeyi düzəltmək üçün şans verirsiniz və o bundan yararlanmır? Onda bəs siz hara qayıtmağa hazırlaşırsınız?

5. Bazar ertəsi pəhrizə oturmaq

Bazar günü axşam nəhəng buterbrodu ötürdükdən, gecə isə bir banka qatılaşdırılmış südlə qarnınızın altını bərkitdikdən sonra bazar ertəsi səhər bütün evdəkilərə pəhrizə oturduğunuzu elan etmək. İkinci gün gizlicə iki peçenye yemək, üçüncü gün isə bir oturuma bir boşqab xörəyi aşırmaq. "Bazar ertəsi pəhrizə oturmağı" dayandırın, artıq sizə heç kim inanmır. Danışmağı dayandırın, işə keçin.

6. Şəxsi həyatı həmkarlarla bölüşmək

Yerli radiostansiyanın birbaşa yayımında şəxsi həyatdan danışmaq və sonra istefa barədə ərizə yazmaq daha asandır. Bu daha sürətli və daha az emosionaldır.

7. Baxıcı yanına getmək

Hər bir qadın ömründə heç olmasa bir dəfə baxıcı yanına gedir və baxıcılar hər bir qadına eyni sözləri deyirlər: "Sizdə nəzər (cadu, qara enerji) görürəm, amma tezliklə hər şey qaydasına düşəcək, şəxsi həyatınız xoşbəxt, eviniz zəngin, sağlamlığınız möhkəm olacaq, yalnız mənə pul verin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti