...

40 dərəcə şaxtada qatarın arxasınca yeddi kilometr qaçdı

Maraqlı Materials 18 Yanvar 2013 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Priamuryedə "Moskva-Neryunqri" marşrutu ilə hərəkət edən qatarın sərnişinlərindən biri qatardan yıxılıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər yayıb.

"Xoşbəxt təsadüf nəticəsində Bratsk şəhərinin 42 yaşlı sakini sağ qalıb", - hadisəni araşdıran nəqliyyat polisi məlumat verir.

Sərnişinin sözlərinə görə, o, siqaret çəkmək üçün tambura çıxır. Vaqona qayıdarkən qapıları qarışdırır və işləməyən, amma naməlum səbəblərdən bağlanmamış tamburun qapısını açır.

Qaranlığa addımlayan sərnişin tayqayla əhatə olunmuş relslərin üzərində olduğunu görür. 40 dərəcə şaxtada idman şalvarı və futbolka geyinmiş bu şəxs qatarın arxasınca atılsa da, ona çata bilmir. O, ən yaxındakı Rixard Zorqe stansiyasına qədər yeddi kilometr qaçır. Burada ona kömək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti