...

Riyaziyyatla məşğul olmaq baş ağrısına səbəb olur

Maraqlı Materials 23 Yanvar 2013 11:02 (UTC +04:00)
Alimlər riyaziyyatın beyində ağrıya səbəb olduğunu müəyyən ediblər.
Riyaziyyatla məşğul olmaq baş ağrısına səbəb olur

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Alimlər riyaziyyatın beyində ağrıya səbəb olduğunu müəyyən ediblər.

Trend Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, Amerika tədqiqatçıları riyaziyyat haqqında fikirlərin insan beyninin təhlükənin təyin olunması sahəsinə cavabdeh hissəsini və fiziki ağrının təcrübə sahəsini aktivləşdirə bildiyini aşkar ediblər.

Mütəxəssislər hesab edirlər ki, bu elmin qorxusu yeni fobiyadır. İnsan beyni müəyyən siqnalla reaksiya verməyə məcbur edən riyazi məsələlərlə rastlaşan zaman insanlarda həyəcan əmələ gəlir. Eyni siqnal insan əlini isti sobaya vurduğu vaxt da aktivləşir.

Çikaqo Universitetinin tədqiqatçıları qeyd edirlər ki, beynin xüsusi zonalarının aktivləşməsi məsələlərin həlli prosesi zamanı yox, məhz gözləmə vaxtı baş verir.

Onların eksperimentində riyazi məsələlərin həlli haqqında fikirləşəndə narahatlıq hiss edən 14 könüllü iştirak edib. Sınağın iştirakçılarında həyəcana təkcə tapşırıqlar yox, riyaziyyat dərsliyini görmək, riyaziyyat otağının yanında olmaq da səbəb olub.

RREA Nevrologiya Elmi mərkəzinin beynin tədqiqatları bölməsinin beynin yaş fiziologiyası laboratoriyasının rəhbəri, professor Vitali Fokin riyaziyyata yaranan qorxunun bu predmeti dərs deyən müəllimlərdən qaynaqlandığı ehtimalını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti