Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Tariverdiyeva/
ABŞ-ın Missisipi ştatında unikal hadisə - HİV virusu ilə dünyaya gəlmiş uşağın tam sağalması halı qeydə alınıb. Bu barədə Trend "Wall Street Journal"a istinadən məlumat verir.
Nəşrin məlumatına görə, söhbət 2 yaş yarımlıq uşaqdan gedir. Onun sağalmasına səbəb kimi, qızcığazın dünyaya gəlməsindən dərhal sonra güclü dərman preparatları ilə müalicəsinə başlamaq göstərilir.
HİV virusundan tam sağalma halı ilk dəfə 2007-ci ildə Berlində qeydə alınmışdı. Belə ki, virusa yoluxmuş kişi, beyin sümüyünün transplantasiyası sayəsində sağalmışdı.