...

Çin zooparkında şirin əvəzinə it nümayiş etdiriblər

Maraqlı Materials 16 Avqust 2013 10:33 (UTC +04:00)
Çinin Loxe şəhərinin zooparkında ziyarətçilərə şirin əvəzinə it göstəriblər.
Çin zooparkında şirin əvəzinə it nümayiş etdiriblər

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E. Tanrıverdiyev/

Çinin Loxe şəhərinin zooparkında ziyarətçilərə şir əvəzinə it göstəriblər. Bu barədə Trend Rusiya KİV-nə istinadən bildirib.

Bu dəyişikliyi zooparka oğlu ilə birlikdə gələn qadın diqqət yetirib. O oğluna şirin çıxarmaq istədiyi səsləri nümayiş etdirmək istəyib. Lakin "Afrika şiri" löhvəciyinin yazıldığı qəfəsdəki heyvan qəfildən hürməyə başlayıb. Məlum olub ki, qəfəsdəki heyvan şirin əvəzinə Tibet Mastifi olub.

Zoopark işçiləri isə, bəyan ediblər ki, onlarda şir var. Lakin hazırda cütləşmə və nəsil artırma ilə bağlı onu digər müəssisəyə köçürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti