...

Sərxoşluğa səbəb olmayan alkoqol ixtira edilib

Maraqlı Materials 13 Noyabr 2013 13:58 (UTC +04:00)
İçməyi sevənlərin ən böyük arzusu yavaş-yavaş həyata keçməyə başlayır.
Sərxoşluğa səbəb olmayan alkoqol ixtira edilib

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

İçməyi sevənlərin ən böyük arzusu yavaş-yavaş həyata keçməyə başlayır.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə əsasən, "İndependent"in yazdığına görə, London kolleclərindən birinin professoru Devid Natt bəyan edib ki, onun komandası alkoqolun hazırlanmasında böyük uğura imza atıb. Belə ki, onların ixtira etdiyi alkoqol sərxoşluğa səbəb olmur. Lakin bir problem var: alimlər investorlar tapa bilmirlər.

Nattın sözlərinə görə, onların hazırladığı maddəni qəbul edərkən insan alkoqol içən zaman keçirdiyi hisləri duyur, xüsusilə taqətsizlik və azadlıq hislərini. Lakin bu madənin heç bir yan təsiri yoxdur. Bununla belə, maddənin təsiri ilə zəhərlənmə hissi yaranarsa, lazımi antidot qəbulundan sonra aradan qaldırıla bilər.

Tədqiqatçının sözlərinə görə, beləliklə də, sözügedən ixtira insana yaxşı istirahət etmək, sonra isə sükana arxasına oturaraq heç nə olmamış kimi davam etmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti