Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
BƏƏ məhkəmə orqanlarını ikimərtəbəli avtobusların bazasında xüsusi səyyar iclas zalları ilə təchiz etməyi planlaşdırır.
Trend-i TASS-a istinadən verdiyi məlumata görə, mobil məhkəmələr, ilk növbədə, məhdud imkanlı insanlara və ucqar rayonların sakinlərinə xidmət göstərəcək.
Avtobusun ikinci mərtəbəsi modifikasiya edilib. Bu, məhkəmə zalının kiçildilmiş formasındadır. Burada 3 hakim, vəkillər, müttəhimlər və ittihamçılar üçün yer ayrılıb.
Səyyar məhkəmə elektron rabitə sistemi ilə təchiz olunub. Birinci mərtəbədə katiblik, notarius və müstəntiq yerləşir.
Mobil məhkəmə yalnız hakimiyyətin xüsusi icazəsi ilə istifadə olunacaq.