...

Mənzilini qarət edən şəxsə pul göndərdi

Maraqlı Materials 28 Oktyabr 2014 16:05 (UTC +04:00)
Böyük Britaniyada 75 yaşlı Loretta Smit mənzilini qarət etmiş şəxsə yazığı gələrək onun olduğu həbsxanaya pul göndərib.
Mənzilini qarət edən şəxsə pul göndərdi

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Böyük Britaniyada 75 yaşlı Loretta Smit mənzilini qarət etmiş şəxsə yazığı gələrək onun olduğu həbsxanaya pul göndərib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu, oğrunun L.Smitə bağışlanmasını xahiş etdiyi təsirli məktubdan sonra baş verib.

24 yaşlı Kevin Derbişir avqust ayında L.Smitin evinə daxil olaraq 10 min avro dəyərində zərgərlik məmulatları oğurlamışdı. Zərgərlik məmulatlarını qaytarmaq mümkün olmuşdu.

K.Derbişir hadisədən sonra saxlanılmışdı. O, məhkəmənin hökmünü gözləyərkən L.Smitə yazdığı məktubda azad olduqdan sonra ona gül dəstəsi və şərab alacağını vəd edib. Buna cavab olaraq, L.Smit oğruya 20 dollar göndərib. K.Derbişirlə əlbir olan 24 yaşlı Qrem Luvelin də L.Smitə məktub yazmışdı, lakin cavab almamışdı. Hər iki oğruya 32 ay həbs cəzası verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti