Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı sakini arvadının "WhatsApp"-da onun yazdığı mesaja etinasız yanaşmasına görə boşanmaq qərarına gəlib. Trend xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
30 yaşlı kişi arvadının bütün vaxtını telefonda keçirdiyini deyib. Anasının uzunmüddətli yazışmalarından hətta uşaq da əziyyət çəkirmiş.
Kişi arvadının rəfiqəsi ilə danışdığına görə ona göndərdiyi mesaja cavab verməməsindən sonra ayrılmaq qərarına gəlib.
Əvvəlcə ər arvadını mobil telefondan məhrum etmək istəyib, lakin sonradan o bu ideyadan imtina edib.