...

Zooparkdakı köpək balığının sinirləri pozuldu

Maraqlı Materials 28 Noyabr 2014 19:45 (UTC +04:00)
Kalininqradda zooparkının ziyarətçiləri rif köpək balığını sinir böhranı keçirmək həddinə çatdırıblar.
Zooparkdakı köpək balığının sinirləri pozuldu

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Kalininqradda zooparkının ziyarətçiləri rif köpək balığını sinir böhranı keçirmək həddinə çatdırıblar. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə müəssisənin mətbuat xidmətindən bildirilib.

Belə ki, qonaqlar balığın diqqətini cəlb etmək üçün davamlı olaraq şüşəni döyəcləyiblər. Belə artıq diqqətə hazır olmayan balıq akvarium boyu atılmağa və özünü divarlara çırpmağa başlayıb. Bu zaman köpək balığı əvvəlcə burnunu, sonra isə gözünü zədələyib.

Ziyarətçilərinin arası kəsilməyən axını səbəbindən balığın yaraları sağalmadığına görə ixtioloqlar zərər çəkmiş akula tam sağalana qədər akvariumu bağlamaq qərarına gəliblər. Onlar akvariumun suyuna xüsusi antiseptik və sakitləşdirici preparatlar əlavə ediblər.

Kalininqradda zooparkında saxlanan köpək balığının uzunluğu yarım metrdən bir qədər çoxdur.

Qeyd edək ki, Kalininqrad zooparkı 1896-cı ildə alman sahibkar German Klas tərəfindən yaradılan keçmiş Köninqsberq zooparkının ərazisində yaradılıb. Hazırda onun ərazisi 16,7 hektardır. Kolleksiyada 302 növdə 2 min 360 heyvan var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti