...

Qızlar, yoxsa oğlanlar yaxşı oxuyur?

Maraqlı Materials 27 Yanvar 2015 18:15 (UTC +04:00)
Dünyanın əksər ölkəsində orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyur.
Qızlar, yoxsa oğlanlar yaxşı oxuyur?

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

Dünyanın əksər ölkəsində orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyur. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu qənaətə amerikalı alimlər gəliblər.

Bu məqsədlə onlar 74 ölkədən 500 min nəfər 15 yaşlı məktəblinin müvəffəqiyyət göstəricilərini toplayaraq araşdırma aparıblar.

Məlum olub ki, araşdırma aparılan ölkələrin 70 faizində qızlar oğlanlardan daha yaxşı oxuyur. Lakin üç region istisna təşkil edib - Kolumbiya, Kosta Rika və Hindistanın Himaçal Pradeş ştatı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti