Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/
Çində onlayn oyunlar oynamaqdan heç cür vaz keçə bilməyən 19 yaşlı gənc problemi əlini kəsməklə həll etməyə çalışıb.
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan gənc sol əlini biləyindən kəsdikdən sonra taksiyə minərək xəstəxanaya gedib.
Həkimlər gəncin əlini tikməyi bacarıblar.
Qeyd edək ki, Çində 24 milyon insan internet asılılığından əziyyət çəkir. Onlara yardım etmək məqsədilə reabilitasiya mərkəzləri yaradılır.