Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Məftun Salmanov/
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı gülə verilib.
Trend-in İHA agentliyinə istinadən verdiyi məlumata görə, Şri Lankada yeni yetişdirilən orxideya çiçəyinə R.T.Ərdoğanın adı verilib.
Məlumata görə, buna səbəb Şri Lanlada baş vermiş sunamidən sonra Türkiyənin göstərdiyi dəstək olub.
Qeyd edək ki, Şri Lankada güclü təbii fəlakət 2005-ci ildə baş vermişdi.