...

"Ford" işə piyada gedənə avtomobil hədiyyə etdi (FOTO)

Maraqlı Materials 10 Fevral 2015 15:41 (UTC +04:00)
"Ford" şirkəti ABŞ-ın Detroyt şəhərində yaşayan Ceyms Robertsona hər gün işə 34 kilometr piyada yol getdiyinə görə avtomobil hədiyyə edib.
"Ford" işə piyada gedənə avtomobil hədiyyə etdi (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

"Ford" şirkəti ABŞ-ın Detroyt şəhərində yaşayan Ceyms Robertsona hər gün işə 34 kilometr piyada yol getdiyinə görə avtomobil hədiyyə edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, C.Robertson bundan sonra işə yeni "Ford Taurus" avtomobilində gedəcək.

Qeyd edək ki, 58 yaşlı C.Robertson 1998-ci ildə avtomobilinin xarab olmasından sonra işə piyada getməyə qərar verib.

Yeni avtomobil almağa pulu olmayan fabrik işçisi hər gün səhər saat 08:00-da yola düşür. O, saat 14:00-da başlayan işə gecikməmək üçün evlərindən 6 kilometr aralıda yerləşən bələdiyyə avtobusuna çatmalı, avtobusdan endikdən sonra isə fabrikədək daha 11 kilometr qət etməlidir. Saat 22:00-da işdən çıxdıqdan sonra da eyni məsafəni qət edən C.Robertson evə yalnız saat 04:00-da çata bilir.

Evində 4 saat qalan bu işçiyə kömək məqsədilə universitetlərdən birinin tələbələri internet vasitəsilə indiyədək 300 min dollar pul toplayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti