Azərbaycan, Bakı, 6 mart /Trend/
Vaxtilə Marsda mövcud olmuş okeanın sahəsi çox güman ki, alimlərin fikirləşdiyindən də böyük olub.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, vaxtilə Marsda Şimal Buzlu okeanın suyuna bərabər - xeyli həcmdə su olub. Bu fakt həmin planetdə hər hansı həyat formasının mövcudluğu ehtimalını təsdiq edə bilər.
NASA-dan qeyd ediblər ki, araşdırmalar nəticəsində məlum olub ki, 4,3 milyard il əvvəl Marsda xeyli həcmdə su olub: "Onun həcmi planetin səthini örtməyə çatırdı. Su qatının qalınlığı 137 metr olub".