...

Valideyn cəfakeşliyi (FOTO)

Maraqlı Materials 21 Mart 2015 14:09 (UTC +04:00)
Bu il Hindistanda keçirilən lisey imtahanları maraqlı mənzərələrlə yadda qalıb.
Valideyn cəfakeşliyi (FOTO)

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir Məftun Salmanov/

Bu il Hindistanda keçirilən lisey imtahanları maraqlı mənzərələrlə yadda qalıb.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, milyonlarla şagirdin verdiyi imtahanda valideynlər uşaqlarına "şpalqalka" ötürmək üçün binalara dırmaşıblar.

Bu səbəbdən bir çox məktəblərdə valideynlər və onlara mane olmağa çalışan polislər arasında qarşıdurma yaşanıb.

Ən az 20 nəfər siniflərin pəncərəsindən "şpalqalka" ötürdüyü üçün saxlanılıb. 1600-dən çox şagird isə "şpalqalka"dan istifadə etdiyi üçün məktəbdən uzaqlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti