...

Məhkəmə boşanma sənədlərini "Facebook"la göndərməyə icazə verdi

Maraqlı Materials 6 Aprel 2015 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

ABŞ-da Manhetten məhkəməsi qadına boşanma haqqında sənədləri "Facebook" vasitəsilə göndərməyə icazə verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, tibb bacısı Ellanora Baydın vəkili sənədləri sosial şəbəkə vasitəsilə qadının ərinə göndərə biləcək.

Məlumata görə, qadının əri Bayd Viktor Senin yeri bilinmir. Vəkil bu proseduru həftədə bir dəfə olmaqla 3 həftə həyata keçirəcək.

Sənədlərin alınması barədə təsdiq gələndən sonra prosesə son veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti