...

Digər yanacaqlardan da keyfiyyətli sintetik dizel yanacağı əldə edilib (FOTO)

Maraqlı Materials 15 May 2015 00:45 (UTC +04:00)
Almaniyanın məşhur "Audi" avtomobil şirkətinin mütəxəssisləri ekoloji cəhətdən təmiz olan su və karbon qazının qarışığından dizel yanacağı əldə edə biliblər.
Digər yanacaqlardan da keyfiyyətli sintetik dizel yanacağı əldə edilib (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Almaniyanın məşhur "Audi" avtomobil şirkətinin mütəxəssisləri ekoloji cəhətdən təmiz olan su və karbon qazının qarışığından dizel yanacağı əldə edə biliblər.

Trend-in məlumatına görə, yeni yanacaq növü "E-Diesel" adını alıb. Yeni yanacağın əsasını "mavi neft" təşkil edir. Proses bərpa edilən mənbələrdən (külək, günəş və s.) elektrik enerjisinin alınması ilə başlayır. Elektrik enerjisi suda elektroliz yolu ilə hidrogenin ayrılması üçün istifadə edilir. Hidrogen CO2 ilə qarışdırılır və iki kimyəvi prosesdən sonra CO-a dönür. Nəticədə uzun zəncirvari karbohidratlardan maye alınır ki, bu da "mavi neft" hesab edilir. Məhz ondan "E-Diesel" sintetik yanacağı alınır.

Karbon qazı birbaşa atmosferdən götürüldüyündən ətraf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlar yeni yanacağı bəyəniblər. Mütəxəssislər bildirirlər ki, sintetik yanacağın keyfiyyəti yeraltı faydalı qazıntılardan istehsal edilən digər yanacaqların hamısından daha üstündür. Onda kükürd və yağ yoxdur. Bu da onu ətraf mühit üçün maksiumum dərəcədə təhlükəsiz edir.

Yeni yanacaqla mühərrik daha sakit işləyir və atmosferə daha az çirkləndirici qaz buraxır. Süni yanacağı adi dizel yanacağı ilə də qarışdırıb istifadə etmək olur.

Şirkətin sintetik yanacağın istehsalı üzrə ilk müəssisəsi Drezden şəhərində fəaliyyətə başlayıb. Yaxın aylarda sınaq zavodunda hələlik sutkada 160 litr sintetik yanacaq istehsal etmək planlaşdırılır. Növbəti mərhələdə zavodun istehsal gücü daha da artırılacaq. Yanacağın bir litrinin bazar qiyməti isə 1-1,5 avro olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti