Azərbaycan, Bakı, 15 avqust /Trend/
ABŞ-ın Nyu-York şəhərində, "Tayms" meydanında yüzlərlə insan İkinci Dünya Müharibəsinin bitməsinin 70-ci ildönümünü qeyd etmək üçün toplaşıblar. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
İnsanlar ildönümünü qeyri-adi şəkildə, yəni öpüşərək qeyd ediblər.
Qeyd edək ki, 1945-ci il avqustun 14-də Yaponiyanın kapitulyasiya elan etdiyindən sonra, "Tayms" meydanında ABŞ üçün simvolik bir şəkil çəkilib. Alfred Eyzenştadt adlı fotoqraf təsadüfən dənizçini və tibb bacısınını öpüşərkən kadra alıb. Həmən kadr o vaxtdan "Tayms" meydanında, Nyu-Yorkda və bütün ölkədə bayram obrazı kimi tanınır.