...

Gəlinlər nişan üzüklərini virtual taxıb baxa biləcəklər

Maraqlı Materials 19 Avqust 2015 21:25 (UTC +04:00)
“Tiffany & Co.” zərgərlik şirkəti “Engagement Ring Finder” - nişan üzüklərinin seçimi proqramına yenilik əlavə edib.
Gəlinlər nişan üzüklərini virtual taxıb baxa biləcəklər

Azərbaycan, Bakı, 19 avqust /Trend/

"Tiffany & Co." zərgərlik şirkəti "Engagement Ring Finder" - nişan üzüklərinin seçimi proqramına yenilik əlavə edib. Proqramı "AppStore"-dan yükləmək və bütün smartfonlarda, həmçinin ıPhone6 və iPhone 6 Plus-da, eləcə də iOS və Android platformalı planşetlərdə işlətmək olacaq.

Trend bu barədə Lenta.ru saytına istinadən məlumat verir.

Yenilənmiş proqramda qızlar üzüklərin barmaqlarında necə göründüyünə baxa bilər, əllərinin şəklini çəkib dostlarına, nişanlılarına göndərə bilərlər.

Proqramda həmçinin "Tiffany & Co." şirkətinin saytına keçid var. Burada yeni kolleksiya ilə tanış olmaq olar.

1837-ci ildə təsis olunan "Tiffany & Co." şirkəti zinət əşyalarının istehsalı üzrə dünya liderlərindən biridir. "Tiffany" brendi altında bütün dünya üzrə təqribən 250 mağaza fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti