...

İsrail əsgərləri saqqal saxlaya biləcəklərmi?

Maraqlı Materials 29 Fevral 2016 20:18 (UTC +04:00)
Bundan sonra İsrail əsgərlərinə saqqal saxlamaq çətin olacaq.
İsrail əsgərləri saqqal saxlaya biləcəklərmi?

Bakı. Elçin Hüseynov - Trend:

Bundan sonra İsrail əsgərlərinə saqqal saxlamaq çətin olacaq - onlar saqqal saxlamaq üçün icazəni yalnız xidmət etdikləri hərbi hissələrin komandirlərindən ala biləcəklər.

Trend Reuters-ə istinadən xəbər verir ki, bundan əvvəl "saqqal icazəsi"ni aşağı rütbəli zabitlərdən almaq mümkün idi.

General-mayor Moti Almoz deyib ki, saqqallı əsgər ordunun xarici görünüşü standartlarına uyğun gəlmir və bunu sübut etməyə dəyməz. Statistikaya görə, hərbi qulluqçuların 42 faizi saqqal saxlamaq üçün icazə alır, digərlərinə isə icazə verilmir. M.Almozun sözlərinə görə, əsgərlər üzlərini qırxmaq istəmirlər.

Qeyd edək ki, İsrail ordusunda xidmət edən ortodoksal yəhudilərə saqqal saxlamağa icazə verilir. Amma ordu rəhbərliyi bunun hamıya şamil olunmasını istəmir. Bu vəziyyəti düzəltmək üçün yeni qaydalar tətbiq olunacaq.

Dindar yəhudilər artıq belə qaydaların tətbiqinə etiraz ediblər. Onlar hesab edirlər ki, belə addım ölkədə dini azadlığı pozur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti