...

Ürəyi xəstə olanlar OXUSUN!

Maraqlı Materials 3 Mart 2017 01:02 (UTC +04:00)
Alimlər ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.
Ürəyi xəstə olanlar OXUSUN!

Bakı. Trend:

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.

Trend-in məlumatına görə, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir.

Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi "health.mail.ru" saytına bildirib ki, cihazın istifadəsinə gələn il başlanılacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. Onun sözlərinə görə, “bionik ürək” tamamilə təhlükəsizdir və heç bir riski yoxdur.

Professor diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti