...

İstidən əziyyət çəkən kobraya su verdilər (VİDEO)

Maraqlı Materials 29 Mart 2017 14:41 (UTC +04:00)
Hindistanda insanlar susuzluqdan əziyyət çəkən ilana kömək ediblər.
İstidən əziyyət çəkən kobraya su verdilər (VİDEO)

Bakı. Trend:

Hindistanda insanlar susuzluqdan əziyyət çəkən ilana kömək ediblər.

Trend xəbər verir ki, məlum olduğu kimi, kral kobrası insanlarla təmasdan qaçır, lakin güclü isti və susuzluq heyvanı yaşayış məntəqəsinə yaxınlaşmağa məcbur edib. Yerli sakinlər isə ona kömək ediblər. Kişilərdən biri onun quyruğundan tutub, digəri isə ilana butulkadan su verib.

Qeyd edək ki, kral kobrası ən iri zəhərli ilandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti