...

Korluğun qarşısını almaq mümkün olacaq

Maraqlı Materials 8 İyul 2018 20:38 (UTC +04:00)
Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları insan gözünə yerləşdirilən təzyiqölçən cihaz hazırlayıblar.
Korluğun qarşısını almaq mümkün olacaq

Bakı. Trend:

Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları insan gözünə yerləşdirilən təzyiqölçən cihaz hazırlayıblar. Trend-in məlumatına görə, qurğu bir neçə il ərzində simsiz şəbəkə vasitəsilə xəstənin gözünün sağlamlığı barədə məlumatların ötürülməsi üçün nəzərdə tutulub.

Bildirilir ki, simsiz və yüksək həssaslığa malik cihaz ABŞ ekspertləri tərəfindən ən yeni mikroelektronika texnologiyalarının köməyi ilə hazırlanıb. Qlaukoma xəstəsi (göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsi) olan insanlara nəzarət məqsədilə yaradılan yeni cihaz xəstənin vəziyyətini daim nəzarət altında saxlayır. Ölçüsü təxminən 2 santimetr təşkil edən qurğu təzyiqölçən cihaz, idarəetmə sxemi və antenadan ibarətdir. Təzyiq haqqında məlumatların oxunması zamanı portativ skanerin radiodalğaları antena tərəfindən qəbul edilir və siqnalı əksinə göndərmək üçün qurğunu müvəqqəti aktivləşdirən gərginliyi generasiya edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti