...

Paraqvayda zəhərsiz ilanların yeni növü aşkar edilib

Maraqlı Materials 16 May 2022 22:29 (UTC +04:00)
Paraqvayda zəhərsiz ilanların yeni növü aşkar edilib

Bakı. Trend:

Paraqvayın Bioloji Tədqiqatlar İnstitutunun əməkdaşları “Guyra Paraguay” və “Para La Tierra” qeyri-hökumət təşkilatından olan həmkarları ilə birlikdə zəhərsiz ilanların yeni növünü aşkar ediblər.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, aşkar edilmiş növ Mərkəzi və Cənubi Amerikada geniş yayılmış 15 yarı yeraltı növdən ibarət olan Phalotris cinsinə aiddir.

Bu cinsin nümayəndələri qırmızı, qara və sarı zolaqlı parlaq rəngləri ilə seçilirlər.

Mütəxəssislərin fikrincə, bu nadir növ “nəsli kəsilməkdə olan” kateqoriyasına daxil edilməlidir. Adıçəkilən növdən yalnız üç canlı aşkar edilərək sənədləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti