...

NASA astronavtları Beynəlxalq Kosmik Stansiyada ilişib qala bilərlər

Maraqlı Materials 15 İyun 2024 17:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NASA astronavtları "Boeing"in kosmik gəmi sistemlərində yaranan texniki problemlər səbəbindən Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qala bilərlər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Starliner" keçən həftə iki nəfəri stansiyaya çatdırıb və indi o, "doking" modulundan ayrıla bilmir.

Gəminin Yerə qaytarılması üçün istifadə edilən hərəkət sistemində beş fərqli sızma aşkar edilib.

Məlumata görə, ekipaj iyunun 14-də BKS-dən uçmalı idi, lakin sonra uçuş iyunun 22-nə qədər təxirə salınıb. Hazırda "Boeing" və NASA mütəxəssisləri aşkar edilmiş problemləri aradan qaldırmağa çalışırlar.

Xəbər lenti

Xəbər lenti