...

Paris-2024: Stadnik Olimpiadada çıxışını başa vurub (FOTO)

Maraqlı Materials 6 Avqust 2024 22:06 (UTC +04:00)
Paris-2024: Stadnik Olimpiadada çıxışını başa vurub (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Paris. Trend:

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Mariya Stadnik olimpiadanı medalsız başa vurub.

Trend xəbər verir ki, bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.

Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb. Lakin o bu dəfə istəyinə çata bilməyib.

Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 50 kg kateqoriyasında 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb. Monqolustanlı rəqib isə növbəti görüşdə uduzduğu üçün Stadnikin ilk dəfə Olimpiadanı medalsız başa vurması rəsmiləşib.

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti