...

Misli Premyer Liqasında XI tur davam edir

Maraqlı Materials 26 Oktyabr 2024 21:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasında XI tur davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda baş tutub.

“Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Liderlər qrupunda yer alan komandalar xal hesablarını zənginləşdirməyə çalışıblar. Tərəflər 1 xala razı olublar.

Günə “ASCO Arena”da yekun vurulub. Aşağı pillələrdə qərarlaşanların duelində "Səbail" “Sumqayıt”ı qəbul edib. Oyunun taleyini 1 qol həll edib. Qonaqlar 51-ci dəqiqədə fərqləniblər.

Qeyd edək ki, turun son iki oyunu sabah baş tutacaq.

Misli Premyer Liqası

16:00. “Araz-Naxçıvan” – “Zirə” - 1:1
Qollar: Santos, 89 (p.) - Papunaşvili 31

18:30. “Səbail” – “Sumqayıt” - 0:1
Qol: Silvanus Nimeli, 51

Xəbər lenti

Xəbər lenti