Bakı. Trend:
Roskosmos kosmonavtı Aleksandr Qorbunovun da daxil olduğu Crew-9 missiyasının heyəti SpaceX Crew Dragon kosmik gəmisi ilə uğurla Yerə qayıdıb.
Trend xəbər verir ki, bu barədə yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəsmi saytında aparılıb.
Kosmik gəmi şərq vaxtı ilə 17:57-də (Bakı vaxtı ilə 00:57) ABŞ-ın Florida ştatı sahillərində Atlantik Okeanına eniş edib. Crew Dragon saat 01:06-da (Bakı vaxtı ilə 08:06) Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmışdı.
Crew-9 heyətinə Qorbunovla yanaşı, NASA astronavtları Barri Uilmor, Sunita Uilyams və Nik Heyq daxil idi. Uilmor və Uilyams 5 iyun 2024-cü ildə Boeing-in Starliner kosmik gəmisinin ilk ekipajlı missiyası çərçivəsində BKS-ə çatmışdılar.
Onların orbitdə iyunun 14-dək qalması planlaşdırılırdı.