...

Azərbaycanın vitse-spikeri: "Ermənilərin atəşkəsi pozması barədə beynəlxalq təşkilatlara məlumat veririk"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2007 14:26 (UTC +04:00)
Azərbaycanın vitse-spikeri: "Ermənilərin atəşkəsi pozması barədə beynəlxalq təşkilatlara məlumat veririk"

Azərbaycan, Füzuli / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması barədə Azərbaycan parlamenti beynəlxalq təşkilatları məlumatlandırır. Trend in məlumatına görə, bu barədə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova şənbə günü Füzuli rayonunun Aşağı Bəhmənli kəndində yeni tikilən məktəbin açılışında iştirakı zamanı bildirib.

Jurnalistlərə açıqlamasında vitse-spiker deyib ki, Azərbaycanın isgal altında olan ərazilərində Ermənistan Silahlı Qüvvələri həmçinin tez-tez yanğınlar törədirlər. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun əsgərləri, həmçinin mülki vətəndaşlar yaralanır, həlak olurlar.

Muradovanın sözlərinə görə, Milli Məclis bu faktlarla bağlı beynəlxalq qurumlara ətraflı və ədalətli məlumatlar verir.

Füzulinin Aşağı Bəhmənli kəndi 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 4 aydan sonra Azərbaycan ordusu kəndi işğaldan azad edib. Aşağı Bəhmənlinin orta məktəbi erməni hərbçilərinin müxtəlif silahlardan atəş açması nəticəsində tamamilə yararsız vəziyyətə düşmüşdü. Ötən il Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəb üçün yeni binanın inşasına başlanılıb. Yeni dərs ilinin başlanması ilə əlaqədar məktəb binası bu gündən istifadəyə verilib.

Ermənistan 1992-ci ildən bəri Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Füzuli rayonunun mərkəzi də daxil olmaqla böyük bir hissəsi 1993-cü ildən indiyədək işğal altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. O dövrdən indiyədək tərəflər arasında sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti