...

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri hesab edir ki, Qarabağ probleminin BMT-nin müzakirəsinə təqdim olunması düzgün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2007 13:24 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri hesab edir ki, Qarabağ probleminin BMT-nin müzakirəsinə təqdim olunması düzgün deyil

ATƏT-in Minsk qrupu həmsədrləri hesab edir ki, Qarabağ probleminin BMT-nin müzakirəsinə təqdim olunması düzgün deyil. Bu barədə bazar ertəsi İrəvanda mətbuat konfransında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bəyan edib, "Novosti-Armeniya"nın verdiyi məlumatda belə deyilir. "Qarabağ münaqişəsinin həlli məsələsini BMT-nin müzakirəsinə çıxarmaq barədə danışmaq olmaz. Bu nə hüquqi, nə siyasi, nə də ki, diplomatik baxımdan düzgündür" - deyə o bildirib. Onun sözlərinə görə, məsələnin BMT formatında müzakirəsi münaqişə tərəflərinin qarşılıqlı surətədə qəbul etdiyi qərardan sonra mümkün ola bilər.

Merzlyakov həmçinin qeyd edib ki, BMT-nin Baş Assambleyasında qəbul olunacaq istənilən qətnamə layihəsi yalnız tövsiyə xarakteri daşıya bilər.

BMT Baş Assambleyasında GUAM-a üzv dövlətlərin ərazisində "dondurulmuş münaqişələr" məsələsinin müzakirəsi oktyabrın 3-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti