...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2007 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 20-də saat 12.00-da, saat 14.05-dən 14.30-dək, saat 15.10-dan 16.00-dək və saat 23.00-dan 23.25-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 21-də saat 01.00-dan 01.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.00-dan 04.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.20-dən 04.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda belə deyilir.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti