...

Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Füzuli və Tərtər rayonları istiqamətində atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Füzuli və Tərtər rayonları istiqamətində atəşkəsi pozub.

Müdafiə Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 4-də saat 09.00-dan 21.25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 16.10-dan oktyabrın 5-i saat 06.10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli, Mərzili və Yusifcanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan oktyabrın 5-i saat 02.00-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən; saat 22.00-dan 22.45-dək Tərtər rayonunun Çaylı kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti