...

Qarabağın azərbaycanlı icmasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana Minsk Qrupu formatı sərfəlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2007 11:45 (UTC +04:00)
Qarabağın azərbaycanlı icmasının rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı Azərbaycana Minsk Qrupu formatı sərfəlidir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının görüşü Minsk qrupu formatında baş tuta bilər, çərşənbə günü Trend ə "Dağlıq Qarabağın Azərbaycan İcması"nın rəhbəri Nizami Bəhmənov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli üçün mövcud olan Minsk Qrupu formatı Azərbaycana sərfəlidir.

"Bu formatda bütün münaqişə tərəflərinin maraqları təmin olunub" Bəhmənov deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir .

Bəhmənov bildirib ki, Azərbaycan və erməni icmasının Minsk qrupu formatında baş tutuması üçün hazırda texniki məsələlər müzakirə olunur. Onun sözlərinə görə, yaradıla biləcək yeni format Azərbaycanın maraqlarına xələl gətirə bilər. Ona görə də bu məsələyə ehtiyyatlı yanaşmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti