...

Minsk qrupunun həmsədrləri Ermənistandan Azərbaycana gələcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Oktyabr 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bazar ertəsi Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin verdiyi məlumata görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədrləri oktyabrın 26-da bir günlük səfərlə Bakıya gələcəklər.

Ötən həftə Azərbaycan XİN-in rəhbəri və həmsədrlər Parisdə vasitəçilərin növbəti dəfə regiona səfər etməsi barədə razılığa gəliblər. Həmsədrlər Azərbaycanının Xarici İşlər Nazirliyində görüşlər keçirəcək və prezident Əliyevlə danışıqlar aparacaqlar.

Azərbaycana gəlməzdən öncə, həmsədrlər Ermənistanda danışıqlar aparacaqlar. Ermənistana səfər oktyabrın 24-də başlanacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti