...

Avropa Şurasının xüsusi nümayəndəsi: "Cənubi Qafqazda "hərbi" vasitələrdən istifadə oluna bilər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2007 17:11 (UTC +04:00)

Almaniya, Berlin/ Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurasının Cənubi Qafqaz üzrə nümayəndəsi "dondurulmuş münaqişələr"in həllində hərbi vasitələrin istifadəsinin mümkünlüyünü istisna etməyib.

Çərşənbə axşamı Berlində Avropa Şurasının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi Berlində Trend ə bildirib ki, Avropa Şurası "dondurulmuş münaqişələr"in həlli üçün daha təsirli metodlara malikdir.

"Bu metodlardan vaxtilə Cənubi Qafqazda istifadə olunmayıb" - deyə Semnebi bildirib. "Avropa Şurasının rolunun daha da artdığı təqdirdə, bu metodlanlardan istifadə daha səmərəli olacaq". Semnebi konkret olaraq hansı hərbi vasitələri nəzərdə tutduğunu bildirməyib.

Semnebi qeyd edib ki. Avropa İitifaqının bu münaqişələrin həllindəki rolu üç Cənubi Qafqaz ölkəsinə Avropa Qonşuluq Siyasəti proqramına qoşulmaq barədə edilən təklifdə əks olunub. "Bu siyasət uzunmuddətli siyasi mexanizmdir, başqa sözlə, bu siyasətdə göstərilən məqsədlərin rellaşmasına qısa müddətdə nail olmaq olmaz" - deyə nümayəndə bildirib. "Əsas məsələ odur ki, Qonşuluq Siyasəti cəmiyyətdə islahatların keçirilməsi işində bu ölkələr üçün mühüm rol oynayır. Bu, öz növbəsində, münaqişənin sivil yolla həllinə imkan yaradacaq".

Xüsusi nümayəndə Avropa Şurasının Parlament Assambleyasının Monitorinq Komitəsinin, Almaniyanın beynəlxalq məsələlər və təhlükəsizlik institutu ilə birlikdə, noyabrın 5-6-da Berlində "dondurulmuş münaqişələr"ə dair müzakirələr təşkil etməsini faydalı adlandırıb. "Bu müzakirələr olduqca faydalılır, belə ki, bu məsələlərin Avropada müzakirə olunması mühümdür. Avropa parlamentariləri Cənubi Qafqazda siyasəti həyata keçirmək, Avropa ölkələrini bu regiona cəlb etmək üçün, münaqişələrlə bağlı vəziyyəti yaxından araşdırmalıdırlar" - deyə Semnebi qeyd edib.

Xəbər lenti

Xəbər lenti