...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2007 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 20.35-dən 21.05-dək və noyabrın 27-də saat 04.00-dan 04.15-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.40-dən 02.40-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.40-dan 03.25-dək fasilələrlə Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti