...

İspaniya Xarici İşlər naziri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 20:24 (UTC +04:00)

İspaniya, Madrid/ Trend , müxbir A.Məhərrəmli/ Bu gün İspaniya Xarici İşlər baziri Migel Anxel Moratinos Madriddə Azərbaycan və Ermənistan XİN Elmar Məmmədyarov və Vardan Oskanyanla görüş keçirib. Görüşdən sonra erməni nazir jurnalistlərə, dünən Madriddə ATƏT - in Minsk qrupu həmsədrləri tərəfindən tərəflərə verilmiş Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin "baza prinsiplərinin" müzakirə olunduğunu bildirib. Oskanyan danışıqların detallarına münasibət bildirməyib.İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti