...

Azərbaycan ordusunun əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Yanvar 2008 12:02 (UTC +04:00)
Azərbaycan ordusunun əsgəri həlak olub

Ötən gün gecə saatlarında, Ermənistan Silahlı Qüvvələri atəşkəsi cəbhənin Ağdam istiqamətində pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri şəhid olub. Astara rayon hərbi komisarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Əliyev Çinar Nürəddin oğlu baş nəhiyəsindən aldığı qüllə nəticəsində yerindəcə keçinib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti