Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 8-də saat 14.00-dan 14.25-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 16.50-dən 17.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini, saat 14.50-də və saat 15.50-də Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxa Nəbi kəndini avtomat və pulemyotlardan atəşə tutmublar.
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.