Azərbaycan, Bakı, 28 yanvar/ " müxbir F.Rzayev, K.Ramazanova/ Amerika özünə ötən əsrin əvvəllərində türklər tərəfindən törədilən "erməni soyqırımını" tanımasına imkan verməyəcək. Böyük Britaniyanın keçmiş baş nazirinin köməkçisi Norman Stoun belə hesab edir.
"Bu, sadəcə, siyasi bəyanatdır. Siyasətçilər bir şeyi söyləyib, sonra başqa şeyi edə bilərlər", - Stoun bazar ertəsi Bakıda bildirib.
Demokratlar partiyasından namizədlər, senatorlar Hillari Klinton və Barak Obama konqresi 106-cı Qətnaməni qəbul etməyə çağırıblar və ABŞ prezidenti seçildikləri halda, ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsi tərəfindən törədilmiş "erməni soyqırımını" tanıyacaqlarına söz veriblər.
Qətnamənin özü ABŞ-ın erməni lobbisinin təzyiqi altında 2007-ci il yanvarın 30-da konqresmen Adam Şiff tərəfindən Nümayəndələr palatasına çıxarılıb. ABŞ prezidenti Corc Buş dəfələrlə "erməni soyqırımının" tanınmasının əleyhinə çıxış edib. ABŞ -ın Dövlət katibi və beş keçmiş dövlət katibi də, həmçinin, bu Qətnamənin tanınmasının əleyhinə çıxış ediblər.
Erməni ittihamlarının tanımayan Türkiyə, 106-cı Qətnamə qəbul edildiyi halda, Amerika-Türkiyə münasibətlərinin pisləşəcəyi haqqında ABŞ-ı dəfələrlə xəbərdar edib. Ötən həftə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Obamanı pisləyib və onu "siyasi təcrübəsizlikdə" günahlandırıb.
"Hamı gözəl başa düşür ki, erməni qanun layihəsi qəbul edilərsə, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərinə ciddi zərər dəyəcək", - Türkiyənin Baş naziri qeyd edib.
Ankara Ermənistana 1915-ci il hadisələrinin səbəblərini araşdırmaq üçün arxivlərə azad çıxışı olacaq qarışıq komissiyanın işində iştirak etməyi təklif edib. Lakin Ermənistan bundan imtina edib.
Türkiyəli jurnalist-şərhçi, "Turkish Daily News"-un icmalçısı Cem Oğuz ABŞ prezidentliyinə namizədlərin dəfələrlə belə bəyanat verdiklərini hesab edir. "Prezidentliyə namizədlə prezident arasında əhəmiyyətli fərq var", - o bildirib.
Oğuzun rəyinə görə, prezident məsuliyyət daşıyır və "əgər bu məsuliyyəti qurban vermək mümkündürsə, soyqırım qəbul ediləcək".
Oğuz 106-cı qətnamənin qəbul edildiyi halda Amerikanın Türkiyənin simasında tərəfdaşını itirəcəyini hesab edir. "Amerika və Türkiyə arasında fikir ayrılıqları yaranacaq və son nəticədə qarşıdurma Türkiyənin xeyrinə olacaq", - icmalçı bildirib.