...

ATƏT sədri Dağlıq Qarabağın dinc yolla nizamlanmasına dair danışıqların irəliləməsinə kömək etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2008 16:08 (UTC +04:00)
ATƏT sədri Dağlıq Qarabağın dinc yolla nizamlanmasına dair danışıqların irəliləməsinə kömək etməyə hazırdır

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva (Ilkka Kanerva) Dağlıq Qarabağın dinc yolla nizamlanmasına dair danışıqların irəliləməsinə kömək etməyə hazırdır.

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair danışıqların irəliləməsi son dərəcə önəmlidir. ATƏT-in fəaliyyətdə olan sədri kimi prosesə dair danışıqların irəliləməsinə köməklik etməyə hazıram", - çərşənbə axşamı Yerevanda mətbuat konfransında Kanerva deyib, - "Novosti Armeniya" bildirir.

Bununla belə, ATƏT sədri qeyd edib ki, danışıqlar prosesində hər iki tərəfin köməyə, münaqişənin həlli üçün hər şəraitin yaradılmasına ehtiyac var. Kanerva qeyd edib ki, hazırda münaqişənin nizamlanması ilə təkcə məşğul olan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar prosesi xüsusi önəm kəsb edir.

Xəbər lenti

Xəbər lenti