...

Azərbaycan - Ermənistan danışıqları Ermənistanda vəziyyət sabitləşəndən sonra davam etdiriləcək-Amerikalı həmsədr (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2008 15:31 (UTC +04:00)
Azərbaycan - Ermənistan danışıqları Ermənistanda vəziyyət sabitləşəndən sonra davam etdiriləcək-Amerikalı həmsədr (video)

Azərbaycan, Bakı, 04 mart / " K.Ramazanova / Dağlıq Qarabağ munaqişəsinin nizamasalınması ilə bağlı danışıqlar Ermənistanda vəziyyət sabitləşəndən sonra davam etdiriləcək. Bu haqda çərşənbə axşamı Bakıda ABŞ Dövlət Katibinın Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza jurnalistlərə məlumat verib

"Gərginlik olanda nəticə çıxarmaq çətin olur. Ona görə də, danışıqlara fasilə vermək lazımdır."- deyə Brayza bildirib.

Onun sözlərinə görə, Ermənistanın başlıca vəzəifəsi - demokratiyanın inkişafını davam etdirməkdir.

Brayza Azərbaycan və Ermənistan prezidentləri ,eləcə də XİN başçılarının danışıqları məsələsinə toxunub. O qeyd edib ki, planlaşdırılmış görüşləri Ermənistanda vəziyyət sabitləşənə qədər təxirə salmaq lazımdır. Martın 6-da Brayza Yerevana səfər edəcək.

.

Xəbər lenti

Xəbər lenti