...

Biz niyə Daglıq Qarabağ münaqişəsi nəticəsində yurdundan qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsindən danışmırıq? - Britaniyalı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2008 20:51 (UTC +04:00)
Biz niyə Daglıq Qarabağ münaqişəsi nəticəsində yurdundan qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsindən danışmırıq? - Britaniyalı deputat

Fransa,Strasburq, 14aprel/ Trend , müxbir A. Məhərrəmli/ "Biz niyə Daglıq Qarabağ münaqişəsi nəticəsində yurdundan qovulmuş azərbaycanlı qaçqın ve məcburi köçkünlərin vəziyyətindən, məsələsindən danışmırıq? Biz diqqətimizi buna da yönətməliyik. Bu sözləri Britaniyadan olan deputat Henkok Maykl ASPA- nın bazar ertəsi keçirilən iclasında, Ermənsitandakı vəziyyətlə baglı aparılan müzakirələr zamanı bildirb.

Britaniyalı deputatın sorğusuna cavab olaraq, ASPA- nın Siyasi Komitəsinin sədri Lük Van der Brande bildirb ki, gələn həftə onun Azərbaycandakı qacqın düşərgələrinə səfərim olacaq. Səfərdən sonra həm Dağlıq Qarabağ, həm də qacqın ve məcburi köçkünlələrin məsələsindən danışılacaq.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti